Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına dair müşavirədən məruzə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib. Prezident İlham Əliyev müşavirədə çıxış edib. Cənab Prezidentimizin çıxışlarından hamımıza məlumdur ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini, Azərbaycan dövlətinin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır və bugün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycanda bütün vətənpərvər qüvvələrin bir amalı var idi – torpaqlarımızın işğaldan azad edilməsi idi və Biz, buna nail olduq. Prezident İlham Əliyev kadr islahatlarından da danışarkən bildirmişdir ki, сəmiyyətdə kadr islahatları müsbət qarşılanır. Nazirlər Kabinetində rəhbərlik dəyişdirildi. Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında rəhbərlik dəyişdirildi.Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmağa başlanmışdır. 2020-ci ilin iqtisadi yekunlarında bildirildiyi kimi Azərbaycan yeni ilə digər ölkələrə nisbətən daha az itkilərlə çıxıb. Kənd təsərrüfatı, Neft Fondunun vəsaiti azalmayıb, ölkə öz valyuta ehtiyatlarını qoruya bilib. Orta əməkhaqqı və orta pensiya təqribən 13-14 faiz artıbdır. Bu yaxınlarda qəbul edilmiş qərarlar əsasında şəhid ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb. Azərbaycan qazının tarixdə ilk dəfə olaraq artıq Avropa məkanına çatması tarixi nailiyyətdir. Bütün dünya ölkələrində olduğu kimi biz də COVID-19 virusu ilə mübarizədəyik. Koronavirus, bütün dünya üçün çox böyük sınaq idi. Azərbaycan bu sınaqdan şərəflə çıxır. Görülən işlər, operativ tədbirlər nəticəsində yeni xəstəxanalar tikilib, laboratoriyalar alınıb, həkimlər səfərbər olunub,sosial paketlərlə koronavirusdan əziyyət çəkən insanlara, o cümlədən qeyri-formal çalışan və işsiz vətəndaşlara yardımlar göstərilir. Bununla yanaşı, Cənab Prezidentimizin göstərişi ilə ziyan dəymiş 9 mindən çox ev bərpa ediləcək. Azad edilmiş torpaqlarda ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır. Birinci layihə Şuşa şəhərinə yol layihəsidir. Digər vacib layihə çox çətin relyefdən keçən Toğanalı – Kəlbəcər yoludur. İki beynəlxalq aeroport tikilməsi Qarabağ zonasını bərpa etmək, yüklərin daşınması, turizmin inkişafı üçün bizə böyük kömək göstərəcək. Azad olunmuş bütün şəhərlərdə abadlıq-quruculuq işləri aparılacaq, Zəfərimizi əks etdirən komplekslər tikiləcək, qədimi tarixi abidələrimiz yenidən bərpa ediləcəkdir.Əminə Əliyeva,Xocalı rayon ziyalısıOk